Kim Çen In yenə yoxa çıxıb?

  • 16:01 - 22 May

Şimali Koreya lideri Kim Çen In üç həftədir ki, ictimaiyyət arasında görünməyib.

Avropa.info xəbər verir ki, Cənubi Koreyanın “Rönhap” agentliyinin məlumatına görə, Seul hökuməti Kim Çen Inın yeri ilə bağlı xəbərləri diqqətlə izləyir.

“Hakimiyyət diqqətli şəkildə izləyir” – Koreya Respublikasının Birləşdirilməsi Nazirliyi deyib.

Qeyd edək ki, yanvar ayında Kim Çen In 21 gün ərzində ictimaiyyət arasında görünməmişdi. Növbəti dəfə onun səhhətinin pisləşməsi, hətta keçirdiyi əməliyyat zamanı ölməsi xəbərləri yayılmışdı. Kim Çen In KXDR-in qurucusu Kim İr Senin ad günündə də iştirak etməmişdi.

Yaponiya və Cənubi Koreya KİV-nin məlumatına görə, Kim Çen In Vonsanda gübrə zavodunun açılmasından sonra o şəhərdə qalıb. Adının açıqlanmasını istəməyən mənbənin Kiodo agentliyinə verdiyi məlumata görə, 1 mayda zavodun açılışından sonra o, Pxenyana qayıtmayıb və sahildə yerləşə kurort kompleksində qalmağa davam edir.

Cənubi Koreyanın “Çunan İlbo” qəzeti də Şimali Koreya liderinin yeri haqda məlumat dərc edib:

“1 mayda o, gübrə zavodunun açılşında iştirak etmişdi və hələ də fəaliyyətini Vonsandan davam etdirir. Şimaldakı qəzetin məlumatına görə, Kim Çen In zavodun açılışından sonra qeyri-ictimai fəaliyyət aparmağa davam edir. Ordu hissələrini gəzir, raket və digər strateji silahların hazırlanmasına nəzarət edir”.


Oxunma sayı: 1739

Oxşar yazılar