Aydın Əliyevlə Əli Kərimli arasında məhkəmə çəkişməsi: AXCP rəhbərliyindəki 12 nəfərin məhkəməyə çağırılması tələb edildi

  • 14:33 - 22 May

Nəsimi rayon məhkəməsində AXCP NTK-nın sabiq sədri Aydın Əliyevin iddia ərizəsinə baxılıb.

Avropa.info xəbər verir ki,  sonuncu iclasda AXCP sədri Əli Kərimlinin səlahiyyətli nümayəndəsi Fəxrəddin Mehdiyev də iştirak edib.

Fəxrəddin Mehdiyev məhkməyə AXCP Ali Məclisi Rəyasət Heyətinin Aydın Əliyevin partiya üzvlüyündən çıxarılması ilə bağlı qərarı təqdim edib. 

Avropa.info-ya açıqlama verən Aydın Əliyev bildirib ki, bu qərara məhkəmədə etiraz edib. Aydın Əliyev bu qərarın qanunsuz olması ilə məhkəməyə müraciət etdiyini deyib: "Bu qərar qanunsuz olmaqla yanaşı, eyni zamanda, saxta bir qərardır. Bununla bağlı partiya üzvlüyünə və NTK sədrliyinə bərpa edilməyim üçün məhkəməyə müraciət etmişəm".

O qeyd edib ki, bu iddia ilə bağlı Nəsimi rayon məhkəməsində 5 dəfə iclas keçirilsə də, Əli Kərimlinin nümayəndəsi Bəhruz Bayramov yalnız bir dəfə iştirak edib. Həmin iclasda AXCP Ali Məclisi sədrinin müavini İradə Əliyeva və NTK üzvü Təzəxan Mirələmli də iştirak edib. Hər iki şəxs məhkəməyə heç bir sənəd təqdim edə bilməyiblər, müşahidəçi qismində iştirak etdiklərini deyiblər.

Məhkəmə prosesi 27 noyabr 2019-cu ildən 22 may 2020-ci ilə qədər davam edib.  Bu gün baş tutan məhkəmə iclasında yenə də qarşı tərəfin nümayəndələri iştirak etməyiblər. 

Aydın Əliyev məhkəmədə bildirik ki, AXCP Ali Məclisinin Rəyasət Heyətinin seçkili orqnların fəaliyyətini müzakirə etmək səlahiyyəti yoxdur: "Rəyasət Heyətinin mənim partiyadan xaric olunmağımla bağlıqəbul etdiyi qərar tamamilə partiya Nizamnaməsi pozuntusudur. Bu qərarın heç bir əsası yoxdur. Mənim barəmdə çıxarılan Rəyasət Heyətinin qərarını qanunsuz hesab edirəm".

Bugünkü iclasda Aydın Əliyev Rəyasət Heyətinin həmin qərarına səs verən üzvlərinin məhkəməyə dəvət olunması ilə bağlı vəsatət qaldırıb: "Məhkəmə mənim vəsatətimi təmin edib. Növbəti məhkəmə proseslərində işin hansı istiqamət üzrə gedəcəyinin şahidi ola bilərik". 


Oxunma sayı: 2190

Oxşar yazılar