Bakıda narkotik alverçiləri tutuldu - Biri qadındır

  • 14:24 - 22 May

Bakının Binəqədi qəsəbə sakinlərindəbn külli miqdarda narkotik maddə götürülüb.

DİN mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşları Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirib. Əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Binəqədi qəsəbəsi sakinləri əvvəllər məhkum olunmuş Ruhin Səttarov, Kübra Həsənova, Tərlan İsrafilov və Nəcəf Əsədi saxlanılıblar. Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.


Oxunma sayı: 1772

Oxşar yazılar