Pandemiyada dünya neft nəhəngləri nə qədər pul itirib?

  • 13:58 - 22 May

Pandemiya müddətində neftə olan tələbatın azalması nəticəsində dünyanın 12 neft-qaz nəhənginin yanvar-mart aylarında gəlirləri 20,6 milyard dollar təşkil edib.

Avropa.info xəbər verir ki, ABŞ-ın “ExxonMobil”, “Chevron”, “ConocoPhillips”, “Halliburton”, “Schlumberger”, “Baker Hughes”, Hollandiyanın “Royal Dutch Shell”, Britaniyanın BP, Fransanın “Total”, İtaliyanın “Eni”, Rusiyanın “Rosneft” və Norveçin “Equinor” şirkətlərinin birinci kvartalda gəliri 23,4 milyard dollar təşkil edib.

12 neft-qaz nəhənginin üç ay ərzində gəlirləri 17% - 53,5 milyard dollardan 262 milyard dollaradək düşüb. 2019-cu ilin yanvar-mart aylarında bu rəqəm 315,5 milyard dollar təşkil edib.

Ən çox ziyana uğrayan ABŞ-ın “Baker Hughes” şirkəti olub -10,2 milyard dollar. İkinci yerdə “Schlumberger” (7,37 milyard), üçünü yerdə İtaliyanın “Eni” şirkəti (3,17 milyard) gəlir.

Ən çox təmiz gəlirdən məhrum olan şirkət isə Hollandiyanın “Royal Dutch Shell” şirkətidir. Yanvar-mart aylarında gəlirləri 23,3% azalan şirkət 60 milyard dollaradək pul itirib. 

Qeyd edək ki, keçən ay neftin qiyməti 1999-cu ildən bəri ən aşağı rəqəmi göstərmişdi. 


Oxunma sayı: 7283

Oxşar yazılar