“Atamın qatillərini bağışladıq” - Camal Qaşıqçının oğlu

  • 12:42 - 22 May

Səudiyyə Ərəbistanın İstanbul konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının ailəsi cinayəti törədənləri bağışladıqlarını deyiblər.

Avropa.info xəbər verir ki, Qaşıqçının oğlu Salah Səudiyyə Ərəbistanında birgə yaşadığı ailə adından “Twitter” shifəsində açıqlama verib.

Atasının qatillərini bağışladıqlarını deyən Salah bunu Allah rizası qazanmaq üçün etdiklərini bildirib.

“Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir” – Salah Şura surəsindən ayə ilə cavab verib. 

Salah Qaşıqçı daha əvvəlki açıqlamalarında atasının ölümünün siyasiləşdirilməsini istəmədiyini qeyd etmişdi.

Xatırladaq ki, Camal Qaşıqçı 2018-ci ilin 2 oktyabrında Səudiyyə Ərəbistanın İstanbul konsulluğuna daxil olmuş, bir daha çıxmamışdı. 


Oxunma sayı: 1398

Oxşar yazılar