Ülvi Quliyev: “Prezidentin verdiyi mesajlar xalqın ürəyincədir”

  • 11:24 - 22 May

Prezidentin son zamanlarda istər korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirdiyi fəaliyyət, istərsə özbaşınalığa yol verən, korrupsioner, rüşvətxor məmurların cəzalandırılması, istərsə də kadr islahatları bütövlükdə cəmiyyət tərəfindən sanki xalqın ürəyini oxuyaraq atdığı addımlar kimi dəyərləndirilir.

Bunu Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib. Deputat bildirib ki, ümumiyyətlə son dövrlərdə Prezidentin atdığı addımları insanların gözlədiyi və onların istəklərinin icrası kimi qiymətləndirmək olar. 

“Korrupsioner, rüşvətxor, xalqın malına göz dikən, sahibkarlığın inkişafına mane olan məmurların ciddi surtədə cəzalandırılması, eyni zamanda ölkə başçısı tərəfindən verilən mesajlar xalqın ürəyincədir və bu addımlar yüksək qiymətləndirilir. Cənab Prezident hər zaman çıxışlarında məmurlara xalqın xidmətçisi olmağı, ölkədə vətəndaş məmnunluğunun yaradılması, insanların sosial rifah halının təmin olunması, sahibkarlığın inkişaf etdirilməsi və bu istiqamətdə onlara hərtərəfli dəstək verilməsi ilə bağlı xüsusi tapşırıqları olub. 

Təəssüflər olsun ki, bəzi məmurlar verilən bu tövsiyyə və tapşırıqlarını yerinə yetirib, etimadı doğrultmaq, islahatların yerlərdə uğurla həyata keçirilməsinə nail olmaq əvəzinə, tutduqları vəzifədən ancaq öz şəxsi maraqları üçün istifadə edərək, ölkə başçısının yürütdüyü siyasətin əksinə çıxaraq, faktiki olaraq xəyanət yolunu seçiblər. 

Ölkə başçısı tərəfindən mütəmadi olaraq yerində olmayan, xalqa xidmət etməyən məmurlar cəzalandırılıbılar. Ancaq son bir neçə ayda cəmiyyət DTX tərəfindən həyata keçirilən əmliyyatlar nəticəsində bu cür çirkin əməllərə yol verən məmurların cəzalandırılmasının şahidi oldu. Odur ki, həyata keçirilən bu əməliyyatlar, məmurların sərt formada cəzalandırılması və yeni kadr islahatları xalqın ürəyincədir”, - deputat bildirib.

Deputat onu da əlavə edib ki, Prezident çıxarılan icra başçılarının yerinə yenilərini təyin edir və təyinat zamanı onlara xüsusi tapşırıqlar verərək, xalqın xidmətində dayanmağı, fəaliyyətlərində hər hansı əyintilərə yol verməməyi, korrupsiya, rüşvətdən uzaq olub, rəhbərlik etdikləri rayonlarda problemləri öyrənib,onun həllinə nail olmağı, insanların daim yanında olub, onlara dəstək verməyi tapşırır: 

“Bir sözlə, ölkə başçısının yeni təyin olunan kadrlardan gözləntisi regionların sosial-iqtisadi vəziyyətinin inkişafı ilə bağlı dövlət proqramlarının, istərsə ölkənin davamlı və dayanıqlı inkişafını, insanların sosial rifah halını təmin edəcək digər islahatlar paketinin, proqramların yerlərdə uğurla həyata keçirilməsini təmin etmələridir. Biz bunu regionların inkişafı baxımdan yol xəritəsi və yeni bir inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirmək olar”.


Oxunma sayı: 3092

Oxşar yazılar