Çin: Biz hələ epidemiyaya qalib gəlməmişik

  • 11:07 - 22 May

Uhandakı lokal epidemiyanın ləğvinə baxmayaraq, ölkədə epidemiya ilə mübarizə davam edir.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Çinin baş naziri Li Ketsyan çıxış edib. Onun sözlərinə görə, itkilərin minimuma endirilməsi və sosial-iqtisadi inkişafın təmin edilməsi üçün səyləri iki dəfə artırmaq lazımdır. 

“Hazırda epidemiya baş çatmayıb, inkişafın təmin edilməsi ilə bağlı qarşımızda dayanan vəzifələr isə çox böyükdür” – o, deyib.

Li Ketsyanın sözlərinə görə, Çinin səhiyyəsi yarandığı gündən ən böyük sınaqla üzləşib, lakin tarixində görülməmiş bu sınağı keçmək üçün Çinin imkanları var. 

Li Ketsyan pandemiyanın Çinə iqtisadiyyatını fəal şəkildə inkişaf etdirməyə mane olmayacağını bildirib.


Oxunma sayı: 782

Oxşar yazılar