Çində sutka ərzində dörd yeni koronavirusa yoluxma faktı aşkar edilib

  • 10:27 - 22 May

Çin hakimiyyəti son sutka ərzində ölkənin materik hissəsində koronavirus infeksiyası ilə bağlı dörd faktı aşkar edib, ölüm hadisəsi qeydə alınmayıb.

Avropa.info xəbər verir ki, bu barədə Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsi bildirib.

Məlumata əsasən, virus yoluxan 82 nəfər Çindəki tibb müəssisələrində (ötən gün ərzində altı nəfər sağalıb) yerləşdirilib, onlardan yalnız səkkizində koronavirusun yaratdığı xəstəlik ağır formada keçir.

Yeni hallar arasında şimal-şərq Tsilin əyaləti isə xaricdən gətiriləndir. Bütün müddət ərzində xaricdən gələnlərdən 1711 nəfər koronavirusa yoluxub, onlardan 1668-i artıq sağalıb.

Statistikaya görə, Çinin materik hissəsində yoluxanların 94,3% -i sağalıb. 2019-cu ilin dekabr ayından bu yana yoluxanların sayı 82,9 min nəfəri keçib. 15 aprel tarixindən etibarən ölkədə rəsmi olaraq ölüm hadisəsi baş verməyib.


Oxunma sayı: 1024

Oxşar yazılar