BMT Rusiyanın Haftər güclərinə 8 qırıcı göndərməsi ilə bağlı istintaq başlatdı -"Türkiyənin Liviyada irəliləməsinin qarşısını almaq istəyirlər"

  • 03:41 - 22 May

Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviyaya göndərilən 8 Rusiya istehsalı olan qırıcı təyyarə ilə əlaqədar istintaq başlatdığı iddia edilir. 

Avropa.info xəbər verir ki, bu haqda İngiltərənin "Financial Times" qəzeti məlumat yayıb. 

Qəzetin adını açıqlamadığı qərb diplomatlarına istinadən yaydığı xəbərə görə, BMT mütəxəssisləri Rusiya istehsalı olan 8 döyüş təyyarəsinin Liviyada qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Haftərə təhvil verilməsi ilə əlaqədar istintaq başladıb.

Xəbərdə təyyarələrin Suriyadan Liviyaya aparıldığı ifadə edilərkən, Türkiyə ilə Rusiya arasında birbaşa qarşıdurma ehtimalının da olduğu bildirilib.

Qəzetin xəbərinə münasibət bildirən bir Qərb diplomatı, "Bu, Liviyanın Suriyalaşmasıdır. Bu əsl vəkalət müharibəsinə çevrilə bilər" deyib. Qərb diplomatı həmçinin, Liviyaya aparılan Rusiya döyüş təyyarələrinin sayının 8-dən çox olduğu da iddia edib.

Xəbərdə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu il 10 min ton hərbi texnikanı qiyamçı Haftər güclərinə daşındığını xatırladaraq, BMT ekspertlərinin həmçinin mart ayında Benqaziyə 11 min ton reaktiv yanacaq göndərdiyini də araşdırdığı bildirilib.

Qəzetin xəbərinə görə, Haftər qüvvələri Rusiyanın verdiyi bu təyyarələrdən istifadə etmək gücündə deyil. Lakin, Qərb diplomatları Rusiyanın təhlükəsizlik şirkəti "Vaqner" qrupunun yüzlərlə muzdlu əsgərinin Haftər sıralarında döyüşdüyünə inanırdılar. 

Xəbərdə fikirlərinə yer verilən Liviya üzrə mütəxəssis Volfram Lacher, Liviyaya göndərilən Rusiya təyyarələrinin hədəfinin Türkiyənin qanunsuz Haftər güclərini Liviyanın qərbdən çıxarılmasının qarşısını almaq olduğu iddia edilib.

"İlk işləri Türkiyənin istifadəsinin qarşısını almaq üçün Vatiyyə hərbi bazasını bombalamaq olacaq. Tripoli və Misratadakı Türkiyənin hava hücumundan müdafiə sistemlərini də vurmağa çalışacaqlar. Bu Türkiyə ilə Rusiya arasında hava üstünlüyü əldə etmək üçün bir yarışa dönəcək" - Volfram Lacher belə deyib.

Qeyd edək ki, Liviyanın daxili işlər naziri Fəthi Başağa, Rusiyanın Suriyadakı Hımeymim aviabazasından qalxan SSRİ istehsalı olan döyüş təyyarəsindən ən azı 6 "Mig-29" və 2 "Su-24" döyüş təyyarəsini Haftərə göndərildiyini bildirmişdi.


Oxunma sayı: 7327

Oxşar yazılar