Kadırov koronavirus şübhəsi ilə Moskvaya aparıldı - Rusiya mətbuatı

  • 01:17 - 22 May

Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirus şübhəsi ilə Moskvaya aparılıb.

Bu barədə “Vestnik Kavkaza” “Baza” teleqram kanalına istinadən xəbər yayıb.

Kanala məlumat verən mənbənin sözlərinə görə, Şimali Qafqaz respublikasının lideri hazırda paytaxtın ən yaxşı xəstəxanalarından birinə yerləşdirilib.

Respublika başçısında xəstəliyin əlamətlərinin bir neçə gün əvvəl ortaya çıxdığı bildirilir. Sonradan Kadırovun vəziyyəti pisləşməyə başlayıb. Bu günə qədər Kadırova ağciyər zədələnməsi diaqnozu qoyulsa da, koronavirus şübhəsi hələ təsdiqlənməyib.

Xatırladaq ki, indiyədək Çeçenistanda 1026 koronavirus infeksiyası qeydə alınıb, 635 nəfər sağalıb, 11 nəfər ölüb.

virtualaz.org  


Oxunma sayı: 3884

Oxşar yazılar