Türkiyədə son sutkada koronavirusdan 27 nəfər ölüb

  • 23:42 - 21 May

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 27 nəfər ölüb.

Avropa.info xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

 

 

Nazir qeyd edib ki, son 24 saatda 33633  şübhəli koronavirus testindən keçib, onlardan 1003-nün  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4249 nəfər ölüb, 153548 nəfər bu infeksiyaya yoluxub, 114990 nəfəri isə müalicə olunub. 

Bu gün 1092 xəstə evə buraxılıb.


 


Oxunma sayı: 1937

Oxşar yazılar