Pandemiyadan ziyan görə AZAL-a 86,9 milyon manat köçürülüb

  • 17:47 - 21 May

Koronavirus pandemiyası səbəbindən bütün uçuşların dayandırılması və hava yolları şirkətlərinin gəlirlərinin böyük ölçüdə azalması ilə əlaqədar dünyanın istisnasız olaraq bütün aviaşirkətləri kimi “Azərbaycan Hava Yolları” QSC (AZAL) də böyük zərərlə qarşılaşıb.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mais Priyev məlumat verib. 

Onun sözlərinə görə, artıq bir sıra aviaşirkətlər müflis elan edilib, əksəriyyəti isə dövlətləri tərəfindən dəstəklənirlər: “Dövlət dəstəyi tədbirləri çərçivəsində respublikamızın ən iri aviaşirkəti olan AZAL-a 86,9 milyon manat vəsaitin köçürülməsi təmin edilib. Dövlət büdcəsindən ayrılan maliyyə dəstəyi ilk növbədə AZAL-da və onun tabeli təşkilatlarında çalışan işçilərin əməkhaqqları və ona bərabər tutulan ödənişlərə, xarici və daxili qurumlar qarşısında olan kreditor borclara, kommunal və bir sıra digər minimal əməliyyat xərclərinin ödənilməsinə yönəldilib”.


Oxunma sayı: 8229

Oxşar yazılar