Arvadını öldürən kişi təslim oldu: Mingəçevirdəki qətlin təfərrüatı

  • 11:35 - 21 May

Mayın 20-də 38 yaşlı Mingəçevir şəhər sakini Fərqanə İsayevanın qohumunun evində bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib.

Mingəçevir şəhər Prokurorluğundan Avropa.info-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

E.İsayev Mingəçevir şəhər Polis Şöbəsinə könüllü gələrək təslim olub, cinayətin aləti olan bıçağı istintaq orqanına təqdim edib.

İstintaqla hadisənin ölənin əri, 46 yaşlı Elnur İsayevin qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Elnur İsayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Oxunma sayı: 2784

Oxşar yazılar