Borc üstündə tanışını bıçaqladı

  • 10:00 - 21 May

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, 1983-cü il təvəllüdlü Məmmədov Ramin Tapdıq oğlu tanışı ilə mübahisə edib.

Mübahisə onun tanışına olan borcu üstündə yaranıb. Nəticədə R.Məmmədov bıçaq xəsarəti alıb. O, bud və bel nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3389

Oxşar yazılar