UEFA prezidenti: "Avrokubokların keçirilməməsi üçün səbəb görmürəm"

  • 22:22 - 20 May

Çempionlar Liqasında (ÇL) cari mövsümün avqustun sonunda başa çatdırılması planlaşdırılır. 

Bu barədə UEFA prezidenti Aleksander Çeferin Portuqaliyanın "Record" nəşrinə açıqlamasında deyib. 

Sloveniyalı funksioner bildirib ki, qurumun əsas məqsədi qitənin 1 nömrəli klub turnirini avqustun sonunadək bitirməkdən ibarətdir: "Bunu həyata keçirə biləcəyimizə inanıram. Düzdür, hadisələrin necə dəyişəcəyini bilmirik, amma vəziyyət tədricən sakitləşir. Avropada liqaların 80 faizi mövsümü bərpa edəcək. Avrokubokların keçirilməməsi üçün səbəb görmürəm". 

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb.(report)


Oxunma sayı: 7173

Oxşar yazılar