Bakıda mağazadan bahalı planşet oğurlandı

  • 12:56 - 20 May

Bakının Xətai rayonunda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, mayın 5-də rayon ərazisindəki mağazaların birindən 235 manat pul, 2000 manat dəyərində planşet, müşahidə kamerası və tütün məmulatı oğurlanıb.

Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini M.Musayev saxlanılıb.


Oxunma sayı: 2949

Oxşar yazılar