Bakıda əməliyyat: heroin alverçiləri yaxalandılar

  • 10:47 - 19 May

Bakıda narkotik satan şəxslər yaxalanıb.

Avropa.info bildirir ki, Binəqədi rayon 40-cı Polis Bölməsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Saleh Nuriyevi saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,137 qram heroin, 0,172 qram metamfetamin aşkar edilərək götürülüb.

Həmin gün Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1983-cü il təvəllüdlü Turab Paşayev saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan 0,296 qram heroin, 0,528 qram metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 2971

Oxşar yazılar