ABŞ-da atışma baş verib, ölən və yaralananlar var

  • 20:02 - 17 May

ABŞ-ın Rokford şəhərində (İllinoys ştatı) yerləşən "Super 8" motelində atışma baş verib.

Bu barədə mətbuat konfransı zamanı yerli polisin rəisi Deniel O'Şi deyib.

Onun sözlərinə görə, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

D.O'Şi qeyd edib ki, silahlı şəxs moteldə barrikad qurub. Polis əməkdaşları və silahlı arasında da atışma baş verib.

Bildirilir ki, hazırda atışma davam edir. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.


Oxunma sayı: 8306

Oxşar yazılar