Mingəçevirdə yerli iş adamının evinə basqın edildi
- 19:27 - 17 May
Mingəçevirdə gecə saatlarında mənzilə daxil olan şəxs və ya şəxslər 68 yaşlı kişiyə və 60 yaşlı qadına xəsarət yetiriblər.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Puşkin küçəsində qeydə alınıb.
Belə ki, evə daxil olanlar şəhər sakinləri - Məhəmməd Allahverdiyev və Rəna Allahverdiyevaya dəmir alətlərlə xəsarət yetiriblər.
Müxtəlif dərəcəli xəsarətlər alan kişi və qadın Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıb.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırırılır.
Qeyd edək ki, xəsarət alan M.Allahverdiyev tanınmış iş adamıdır.