Dünyada koronavirusa yoluxanların sayı 5 milyona çatır

  • 11:10 - 17 May

Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus infeksiyası (COVID-19) artıq dünyada 4,72 milyona yaxın insanın bu virusa yoluxmasına yol açıb. 

Avropa.info “Worldometer”ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 05:00-a olan statistikaya əsasən, son bir sutka ərzində 95 603 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 4 717 013 nəfərə çatıb. 

Ölüm sayında da artım müşahidə edilib. Bir gündə 4360 nəfər infeksiyaya yoluxma nəticəsində həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 312 902 nəfər olub. İndiyədək 1 810 160 nəfər sağalıb və hazırda 2 593 951 aktiv yoluxmuş xəstə var ki, onlardan 44 828 nəfərin vəziyyəti ağırdır. 

Ən çox yoluxma halları yenə Amerika qitəsindədir. Ötən 24 saatda burada 51 615 nəfərdə virus aşkar olunub ki, bununla da yoluxanların ümumi sayı 2 084 855 nəfərə çatıb. İndiyədək 124 068 nəfər isə dünyasını dəyişib. Cəmi 568 347 nəfər sağalıb. 

İkinci yerdə Avropa gəlir. Burada son sutka ərzində 20 226 nəfər COVID-19-a yoluxub (ümuilikdə 1 761 355), 1190 nəfər isə eyni diaqnozdan dünyasını dəyişib (ümumilikdə 161 672). Sağalanların sayı 755 525 nəfərdir. 

Ölkələr üzrə ən çox yoluxma halları ABŞ (1 507 773), İspaniya (276 505), Rusiya (272 043), Böyük Britaniya (240 161), Braziliya (233 142), İtaliya (224 760), Fransa (179 365), Almaniya (176 247), Türkiyə (148 067) və İranda (118 392) qeydə alınıb.


Oxunma sayı: 11133

Oxşar yazılar