Türkiyə SİHA-sı Rusiya istehsalı olan havadan müdafiə sistemini havaya uçurdu - Türk SİHA-ları Liviyada dastan yazır

  • 01:21 - 17 May

Liviya hökumət ordusuna aid Türkiyə istehsalı olan pilotsuz hava aparatı (SİHA), ölkənin şərqindəki qeyri-qanuni silahlı birləşmənin lideri Xəlifə Haftərə bağlı muzdlulara verilmiş havadan müdafiə sistemini (Pantsir) vururaq zərərsizləşdirib.  

Avropa.info xəbər verir ki, bu haqda Liviya ordusunun rəsmi sözçüsü polkovnik Məhəmməd Qanuni yazılı açıqlamasında bildirib. Məhəmməd Qanuni, Birləşmiş Ərəb Əmirliklərinin Rusiyadan aldığı Pantsir tipi havadan müdafiə sistemini ölkədə dövlət çevrilişinə cəhd edən Haftərə verdiyini, lakin Türkiyə istehsalı olan SİHA-nın Vatiyyə hərbi bazasında bu havadan müdafiə sistemini vuraraq məhv etdiyini deyib.  

Xatırladaq ki, Türkiyə SİHA-ları İdlib savaşında da Rusiya istehsalı olan havadan müdafiə sistemlərini məhv etmiş və bunu video görüntüləri də yayılmışdı.
 

Türkiyənin rəsmən dəstək verdiyi qanuni Liviya hökuməti martın 25-də Haftərə qarşı "Barış Fırtınası" əməliyyatı başladaraq, paytaxt Tripollinin qərbində 7 qəsəbə və 1 şəhəri muzdulardan geri alıb. 

Türkiyə Liviyada BMT tərəfindən qanuni hesab edilən Sərrac hökumətini dəstəkləyərkən, BƏƏ , Misir və bəzi Qər ölkələri isə qiyamçı Haftərə hərbi dəstək verirlər.

Avropa.info


Oxunma sayı: 33276

Oxşar yazılar