“AG Bank” və “NBC Bank”da yerləşdirilən sığortalı əmanətlərin qaytarılması üçün işlər görülür

  • 22:37 - 16 May

Mərkəzi Bankın İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə lisenziyaları ləğv edilmiş “AG Bank” ASC və “NBC Bank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaq.

Əmanətlərin Sığortalanması Fondundan Avropa.info-ya verilən məlumata görə, əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcək.

Əlavə olaraq Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-131/2020 saylı qərarı ilə “NBC Bank” ASC, 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə isə “AG Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Məhkəmə qərarlarına əsasən, Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC və “AG Bank” ASC-nin ləğvedicisi təyin edilib.


Oxunma sayı: 5281

Oxşar yazılar