Milli Şuradan istefa verən Eldəniz Quliyev LGBT-ni dəstəkləyən Cəmil Həsənlini rəzil etdi : "Bir ovuc geyin maraqlarını xalqın dəyərlərindən üstün tutdular"

  • 01:22 - 16 May

Xəbər verdiyimiz kimi Milli Şuranın Koordinasiya Şurasının üzvü, konorejissor Eldəniz Quliyev təşkilatdan istefa verib. 

Avropa.info xəbər verir ki, Eldəniz Quliyev istefasının səbəbləri haqda facebook hesabında yazıb. Eldəniz Quliyev istefasının Milli Şuranın homoseksullara verdiyi dəstəklə əlaqələndirib.

"Dostlar, Milli Şuradan istefa verməyimin səbəbləri ilə bağlı saysız-hesabsız suallara cavab vermək məcburiyyətindəyəm. Ümid edirəm ki, dediklərimi səmimi qəbul edəcəksiniz. Əgər istefanın səbəbini bir neçə kəlməylə izah etməli olsaydım, deyərdim: mərdi qova-qova... namərd etdilər!..

Əvvəla onu qeyd edim ki, mən MŞ-nın ilk qurucularından biriyəm və hər zaman onun demokratiya uğrunda apardığı mübarızədə ön sıralarda olmuşam. Və heç kəs şübhə etməsin ki, mən xalqımın haqq etdiyi ləyaqətli həyat, demokratik təsisatlar, eləcə də mental dəyərlərimizi hifz etmək naminə,yenə də mübarizənin önündə olacam.  

Bununla yanaşı, acı təəssüf hissiylə qeyd etməliyəm ki, bu gün Milli Şura qəbul etdiyi mübarizə prinsiplərində, düşünülmüş, alternativ və konstruktiv müxalif fəaliyyət fəlsəfəsində, eləcə də öz strateji addımlarında əqidə mutasiyasına yol verdi. Xalqın mənafeyi bir qrup LGBT nümayəndələrinin maraqları ilə eyni tərəziyə qoyuldu və... o qrupun çəkisi ağır gəldi.(?!). Bu, yolverilməz, eyni zamanda zərərli yanaşma idi və mən bunu heç cürə qəbul edə bilməzdim. Xalqın mental dəyərlərinin ayaqlar altına atılması Milli Şura üçün intihara bərabər hərəkət idi. Əlbəttə, xalqın belə yanaşmanı ikrah hissilə qarşılayacağı, bizləri sərt şəkildə qınayacağı şübhəsizdir. Sabah MŞ-ya kim inanacaq, kim dəstək verəcək? Yəni homoseksualların dərdi, yaxud himayəsi bu qədər qiymətlidir ki, xalqın bizə olan az-çox hörmətini və son ümidlərini itirmək bahasına da olsa, belə taleyüklü məsələləri görməzdən gələk?! Şəxsən mən bu sayaq yanaşmanı kökündən səhv və qərəzli saydıram. Dəfələrlə bu haqda dedim, təkrar elədim, tələb, xahiş elədim. Ki, belə fəaliyyət, belə münasibət düzgün deyil, təhlükəlidir, bu yol bir baş məğlubiyyətə aparır və s. və i.a.  

Sözüm divara dəyib düşdü. Eşidilmədi. Qulaqardına vuruldu. Qəsdən. Belə çıxdı ki, hansısa 28-ci dərəcəli bir ABŞ konqresmeninin kuryeri işləyən birisinin tapşırıqlarını yerinə yetirmək xalqımızın mənafeyindən üstündür. Belə çıxdı ki, Milli Şura rəhbəri Amerikada oturub fərmayiş yerinə yetirir!.. Əks halda, hörmətli (inanın ki, bu an “hörmətli” kəlməsini zorla işlədirəm, - E.Q.) Cəmil Həsənli, Amerikada ərə getməyi ilə fəxr eləyən və hər gün üstümüzə çamur yağdıran saqqllı bir üzdənirağın hucumlarından çəkinib də, bəzi Beynəlxalq Təşkilatlarda, habelə ABŞ-ın bəzi dairələrində, guya, mənim milli dəyərləri qorumaq çabalarımın yaxşı qarşılanmadığını və MŞ-ya problem yaratdığımı əlində bayraq etməzdi... Mən yatıb heç yuxuda da görə bilməzdim ki, xalqın, o cümlədən demokratik düşərgənin illər boyu inandığı,ümid bəslədiyi, bel bağladığı, etimad göstərdiyi siyasi lider və ya liderlər homoseksuallara bunca sevgi nümayiş etdirərlər. Sədd heyif!..
Mən, bu sayaq mövqe sərgiləyən, ən başlıcası,siyasi-ictimai fəaliyyətimə utanc gətirən bir siyasi-ictimai (daha doğrusu, artıq tamami ilə siyasi), birlikdə qala bilərdimmi? Əsla!  

Xalqın sayğısı, inamı və dəstəyi olmadan heç bir siyasi qurum, demokratiya, eləcə də hakimiyyət uğrunda mübarizədə qalib gələ bilməz – kürreyi-ərz yığışsa da! Xalqı özündən uzaqlaşdırmaq, ONUN dininə, əxlaqına və mental dəyərlərinə hörmətsizlik eləmək və ONU bilə-bilə rəncidə salmaq, yumşaq desək, böyük qəbahətdir" - Eldəniz Quliyev şəxsi facebook hesabında belə yazıb. 

Qeyd edək ki, Milli Şuranın bəzi üzvlərinin homoseksullığı tənqid etməsinə cavab olaraq, dünən qurumun sədri Cəmil Həsənli homoseksulları müdafiə edən qalmaqallı açıqlama ilə çıxış edib. Bundan sonra, Eldəniz Quliyevlə yanaşı, Rafiq Manaflı da Milli Şuradan istefa verib.

Avropa.info


Oxunma sayı: 17755

Oxşar yazılar