İngiltərə çempionatında mövsüm ləğv olundu - RƏSMİ

  • 20:55 - 15 May

İngiltərənin səviyyəcə 4-cü çempionatı sayılan "League Two"da 2019/2020 mövsümü ilə bağlı qərar verilib. 

İngiltərə futbol federasiyasının yaydığı məlumata görə, liqada cari mövsüm ləğv olunub. 

III liqaya yüksələcək və aşağı dəstəyə düşəcək komandalarla bağlı isə hələlik rəsmi qərar qəbul olunmayıb. Bunun turnir cədvəlindəki hazırkı sıralama ilə müəyyənləşdiriləcəyi gözlənilir. 

Qeyd edək ki, İngiltərədə yerli liqalar martın 13-də dayandırılıb.


Oxunma sayı: 17634

Oxşar yazılar