Bakıda mühafizəçi bıçaqlandı

  • 10:15 - 15 May

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

1982-ci il təvəllüdlü Fərəcov Taleh Ağabala oğlu mühafizəçi kimi çalışdığı obyektin qarşısında naməlum şəraitdə qarnının ön divarından bıçaq xəsarətləri alıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


Oxunma sayı: 1431

Oxşar yazılar