El-Klasikoda terror aktı planlaşdıran şəxs həbs olundu

  • 22:31 - 14 May

Ötən ilin dekabrında keçirilən "Barselona" - "Real Madrid" oyunu zamanı insanlara silahlı hücum planlaşdıran şəxs həbs olunub.

Mərakeş əsilli terrorçu mayın 8-də saxlanılıb.

O, öz ifadəsində bildirib ki, terror aktını dron vasitəsilə törətmək istəyib. Buna baxmayaraq, pilotsuz təyyarəni tapmaq mümkün olmayıb. 

Müstəntiqlərin sözlərinə görə, həmin şəxs son 4 ildə terror təşkilatlarından biri ilə sıx əlaqədə olub. Son vaxtlar isə diqqət cəlb ertməmək üçün daha az fəaliyyət göstərib.

Qeyd edək ki, dekabrın 18-də "Nou Kamp"da baş tutan El-Klasiko qolsuz başa çatıb.(report)


Oxunma sayı: 8350

Oxşar yazılar