Azərbaycan futbol klublarında koronavirus testlərinə başlanıldı

  • 22:16 - 14 May

Azərbaycan Premyer Liqasında çıxış edən klublar AFFA-nın futbolçu və məşqçilərin koronavirus testindən keçirilməsi barədə tövsiyəsinə müsbət cavab verib.

Avropa.info xəbər verir ki, Premyer Liqa təmsilçiləri Klublar Komitəsinin videokonfrans formatında iclasında bu məsələ ilə bağlı prosesə başladıqlarını və bunun davam etdiyini bildiriblər.

AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov testlərin keçirilməsi üçün bütün klublara AFFA tərəfindən maliyyə yardımı göstəriləcəyini və müvafiq vəsaitin mayın 15-də klubların hesabına köçürüləcəyini bildirib.

Qeyd edək ki, AFFA klublara futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib. Klublar çempionatın bərpası ilə bağlı razılığa gəlib.


Oxunma sayı: 8218

Oxşar yazılar