“Beşiktaş” prezidenti və 8 klub üzvündə Kovid-19 tapıldı

  • 16:53 - 14 May

Türkiyənin “Beşiktaş” futbol klubunun prezidenti və 8 nəfər klub üzvünün koronovirus analizi müsbət çıxıb.

Avropa.info xəbər verir ki, məsələ ilə bağlı “Beşiktaş” səhiyyə heyətinin açıqlama verib:

“13 may günü BJK Nevzat Dəmir Kompleksində bütün futbolçularımız, texniki heyətimiz və kompleks işçiləri arasında ikinci dəfə Kovid-19 testi aparılıb. Aparılan testlər nəticəsində 8 nəfərdə Kovid-19 analizinin nəticəsi müsbət çıxıb. Analizi müsbət çıxan şəxslərin izlənmə və müalicə prosedurasına dərhal start verilib”.


Oxunma sayı: 16941

Oxşar yazılar