Həbib Nurməhəmmədovun atası komaya düşdü

  • 14:23 - 14 May

Yüngül çəki üzrə UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşçisi 57 yaşlı Əbdülmanap Nurməhəmmədov pnevmoniya xəstəliyindən sonra komaya düşüb.

Avropa.info xəbər verir ki, məşqçinin dostu Ramazan Rabadanov Həbibin atasınınnMoskvanın hərbi hospitallarından birində müalicə aldığını deyib.

Xatırladaq ki, Əbdülmanap Nurməhəmmədov pnevmoniya diaqnozu ilə 25 apreldə Mahaçqala xıstıxanasına yerləşdirilmişdi. Mətbuatda gedən məlumatlar onun düzgün müalicə olunmadığını iddia edir. Vəziyyəti pisləşən Nurməhəmmədov xüsusi təyyarə ilə Moskvaya çatdırılmışdı. Az sonra insult keçirən Həbibin atasının vəziyyəti olduqca ağır olaraq qalır.


Oxunma sayı: 17700

Oxşar yazılar