Azərbaycan Qran-prisinin yeni tarixi açıqlandı

  • 11:45 - 14 May

“Formula-1” üzrə dünya çempionatının ilkin təqvimi açıqlanıb.

Avropa.info apasport.az-a istinadən xəbər verir ki, “Autosport” koronavirus pandemiyası səbəbidən hələ də başlamayan 2020-ci il mövsümünün təqvimini dərc edib.

İlkin təqvim “Formula-1”, “Formula-2” və “Formula-3” yarışlarını əhatə edir. 12 mərhələdən ibarət çempionatın Azərbaycan Qran-Prisinin vaxtı da açıqlanıb.

Bakıdakı mərhələ sentyabrın 19-20-nə planlaşdırılıb. “Autosport”un təqviminə əsasən, hələlik yalnız “Formula-2”nin ölkəmizdə keçirilməsi dəqiqdir.

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın “Bild” nəşri də öz mənbələrinə əsasən, təqvim dərc etmişdi. Azərbaycan Qran-Prisinin həmin təqvimdə daha tez – sentyabrın 5-6-da təşkil olunacağı bildirilirdi.

4-5 iyul – Avstriya

11-12 iyul – Avstriya

25-26 iyul – Böyük Britaniya

1-2 avqust – Böyük Britaniya

8-9 avqust – Almaniya və ya İspaniya

22-23 avqust - Macarıstan

29-30 avqust – Belçika

5-6 sentyabr – İtaliya

19-20 sentyabr – Azərbaycan (hələlik yalnız “Formula-2”)

26-27 sentyabr – Rusiya (hələlik yalnız “Formula-2”)

5-6 dekabr – Bəhreyn

12-13 dekabr – BƏƏ.


Oxunma sayı: 5754

Oxşar yazılar