İcra başçısı lüks avtomobilindən imtina etməsi ilə bağlı məsələyə aydınlıq gətirdi

  • 17:04 - 13 May

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev son günlər bahalı avtomobilindən istifadə etməməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Avropa.info xəbər verir ki, İcra başçısı "oxu.az"a açıqlamasında bildirib ki, bunlar əsassız iddialardır:

“Bunlar şayiədir, böhtan xarakterli xəbərlərdir. Hazırda hökumət tərəfindən verilən “Toyota” markalı, 16-AA-001 dövlət nömrə nişanlı xidməti maşınla rayon ərazisində hərəkət edirəm”.

Ə.Abıyev özünə yerli istehsal olan “NAZ Lifan” avtomobili alaraq rayon ərazisində həmin avtomobildə hərəkətə üstünlük verməsi barədə deyilənlərdən də danışıb.

O qeyd edib ki, rayon ərazisində hərəkət üçün “NAZ Lifan” avtomobili almayıb:

“Belə bir planım da yoxdur. Mən üç aydır nə qonşu rayonlara, nə də Bakı şəhərinə gedirəm”.


Oxunma sayı: 11386

Oxşar yazılar