"Fənərbağça"da koronavirusa 2-ci yoluxma halı aşkarlandı

  • 21:30 - 12 May

Türkiyənin "Fənərbağça" klubunun daha bir əməkdaşı koronavirusa yoluxub.

Mayın 11-də komanda üzvlərindən və işçilərdən götürülən analizlər nəticəsində təlim-məşq bazasında çalışanlardan birində virusun simptomları aşkarlanıb.

Adı açıqlanmayan klub əməkdaşı öz evində karantinə alınıb və dərhal müalicəsinə başlanılıb.

Qeyd edək ki, bu, "Fənərbağça"da koronavirusa 2-ci yoluxma faktıdır. Daha əvəl klubun bazasında işləyən başqa bir əməkdaşın testinin nəicəsi müsbət çıxmışdı.


Oxunma sayı: 8966

Oxşar yazılar