Koronavirusu ortaya çıxaran "Yarasa qadın" kimdir ? - VİRUSUN ŞİFRƏLƏRİ 1 - "Üst Akıl" kitabının müəllifi Murat Akandan şok yazı

  • 16:19 - 12 May

Türkiyədə "Üst Akıl" , "Kozmik Karargah", "Derin Şifreler" kimi kitabların müəllifi olan məşhur yazar Murat Akan koronavirusun necə ortaya çıxması ilə bağlı sensasiyalı yazı qələmə alıb. 

Avropa.info saytı "Beyaz Qezete" də dərc olunan 3 hissəli yazının 1-ci hissəsinin tərcüməsini təqdim edir:

Koronovirus 2019-cu ilin dekabrından etibarən dünya gündəminin baş mövzusu oldu.

Bu gün bütün milli dövlətlər sanki gizli müharibə aparırlar. Belə ki, dünyada koronovirusdan ölənlərin ümumi sayı 150 mini keçib.

Bəs koronovirus həqiqətən normal epidemioloji xəstəlikdir, yoxsa iddia edildiyi kimi “laboratoriyadan buraxılmış” virus sızıntısıdır?

Təəssüf ki, telekanallarda səhər-axşam “maska” müzakirə edilərkən, məsələnin arxa planı heç gündəmə gəlmir. Gündəmə gətirənlər isə dərhal “konspirasiya nəzəriyyəsi” ilə ittiham olunub susdurulur!

Bu gün sizlərə koronovirusun müzakirə olunmayan pərdə arxasından danışacağam.

Bəzi elm adamlarının inadla səsləndirdiyi “laboratoriyada virus istehsal olunmaz” hökmü ilə başlayaq.

Əvvəlcə deməliyəm ki, bəli, laboratoriya mühitində sıfırdan virus istehsalı mümkünsüz şeydir. Ancaq mövcud virus üzərində sınaqlar aparılaraq, süni, yəni genetik strukturu dəyişdirilmiş yeni virus istehsal etmək mümkündür.

Haradan bilirik?

Deyim.

ABŞ-ın Şimali Karolina Universitetində bir laboratoriyada 2014-cü ildə SARS-CoV-2 virus ailəsi ilə bağlı elmi iş başladı. İşin başında isə dünyanın ən yaxşı virusologiya mütəxəssisləri amerikalı professor Dr.Ralf S. Bariç ilə çinli professor Dr. Şi Çjenli var idi.

Yəni başa düşdüyünüz qədər pərdə arxasında “düşmən” görünən ABŞ ilə Çin əl-ələ verib viruslar üzərində birgə iş apardı.

Layihənin memarlarından biri Dr.Ralf S. Bariç eyni zamanda ABŞ hərbi bioloji laboratoriyası üçün də məsləhətçilik edir. Bu günlərdə isə Kovid-19 üçün dərman üzərində işləyir.

Ancaq bizim əsl üzərində dayanacağımız şəxs “Yarasa qadın” ləqəbli çinli virusologiya mütəxəssisi Dr. Şi Çjenli...

Dr. Şi Çjenli Çinin SARS-CoV-2 virus ailəsi üzərində illərdir işləyən dünyanın ən yaxşı virusologiya mütəxəssislərindən biri kimi tanınır. Təbii ki, eyni zamanda Çin Elmlər Akademiyasına  məxsus Uhan Virusologiya İnstitutda fəaliyyət göstərir...

Belə ki, Şimali Karolina Universitetində apardığı elmi fəaliyyət zamanı “SHC014-MA15” adlı və “çox təhlükəli” süni virus istehsal olundu.

Daha sonra bu iş elmi məqalə halına salınaraq “Koronovirusların araşdırılmasında açar strategiyalar” başlığı ilə 2015-ci ildə dünya şöhrətli elm jurnalı “Science”də dərc olundu.

Məsələ budur ki, ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi (HHS) “layihənin təhlükəli həddə çatdığını” bildirərək, işin yekunlaşmasını istədi.

İş yekunlaşdı. 

Ancaq ABŞ-da bu iş dayandırıldıqdan sonra çinlilər layihə üzərində işləməyə davam etdilər.

Uhan Virusologiya İnstitutunda davam edən işin başında isə yenə professor Dr. Şi Çjenli vardı. Belə ki, üzərində elmi iş aparılan virusu laboratoriyada uğurla izolyasiya etdilər.

Sonra nə oldu? 

Deyim.

Dünya 2002-ci ilin son aylarında XXI əsrin il qlobal pandemiyasına səbəb olan SARS virusu ilə tanış oldu.

SARS pandemiyası cənubi Çinin bir rayonunda ortaya çıxdı və qısa vaxt ərzində dünyaya yayılaraq yüzlərlə adamın həyatına son qoydu.

Mövzu ilə nə əlaqəsi var deməyin!

Çin Xalq Respublikası hakimiyyəti koronovirus pandemiyasını bir müddət dünyadan necə gizlətdisə, o gün də SARS pandemiyasını bir müddət gizlətməyi bacardı.

Ancaq Çin hökumətinin rabitə kanallarını və ratsiya danışıqlarını dinləyən Almaniya Xarici Kəşfiyyat Təşkilatı (BND) məsələni öyrəndi və Berlin hökuməti ilə ölkədəki səhiyyə rəhbərlərinə SARS haqqında ətraflı dosye təqdim etdi.

Pekin dosyenin paylaşılmasından bir neçə həftə keçdikdən sonra pandemiyanı rəsmi şəkildə qəbul etməyə məcbur oldu.

İndi gələk günümüzə...

Tarix 19 noyabr 2020.

Uhan Virusologiya İnstitutu rəsmi saytında “yarasalardan insanlara keçən” yeni bir virusla bağlı layihəyə başladığını açıqladı.

Bəs, layihənin başında kim vardı?

Əlbəttə, yenə Çinin ən yaxşı SARS-CoV-2 mütəxəssisi professor Dr. Şi Çjenli...

Koronovirusla bağlı şübhələr də bu işdən sonra artdı. Belə ki, layihədən 25 gün sonra Uhanda koronovirus yoluxma halları görünməyə başladı.

Koronovirus epidemiyasının ilk göründüyü gün Uhan Virusologiya İnstitutunun müdirinin ilk zəng etdiyi şəxs əlbəttə Dr. Şi Çjenli olmuşdu.

Virusoloq Şi Şanxayda vacib konfransda idi. Dərhal yarıda kəsib təcili olaraq Uhana qayıtdı.   

 ARDI  VAR       


Oxunma sayı: 64582

Oxşar yazılar