Mayk Tayson rinqə qayıdır – VİDEO

  • 13:59 - 12 May

Daha əvvəl rinqə qayıtmaq istədiyini açıqlayan əfsanəvi boksçu Mayk Taysonun təlim zamanı yaşı üçün inanılmaz sürət və güc nümayiş etdirən görüntüləri yayılıb.

Avropa.info xəbər verir ki, 53 yaşlı amerikalı “İnstagram”da yaydığı videoda müdafiədə olan məşqçisinə zərbələr endirərək, əla fiziki forma göstərib. Videoya 16 saat ərzində 5,7 milyon adam baxıb və xeyli tərif yığıb.

Tayson xeyriyyə məqsədilə daha bir neçə görüş keçirmək istəyir. Əldə olunan vəsaiti evsiz və narkomanlara yardım kimi verməyi planlayır.

Qeyd edək ki, Mayk Tayson karyerasında 56 döyüş keçirib, 50 döyüş udub, 6 döyüş uduzub. Axırıncı dəfə o, 2005-ci ildə rinqə çıxıb.


Oxunma sayı: 6931

Oxşar yazılar