Azərbaycan çempionatları ləğv olunub

  • 21:52 - 11 May

Koronavirus pandemiyası üzündən dayandırılan voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqasında 2020/21 mövsümü ləğv olunub.

Bu barədə qərarı Azərbaycan Voleybol Federasiyası (AVF) verib.

AVF ölkə çempionatlarında eyni sayda oyunların keçirilməməsi və təxirə salınan qarşılaşmaların olduğu üçün belə addım atıb. Super Liqa və Yüksək Liqa ilə yanaşı, martın 14-də dayandırılan qadın və kişilər arasında I Liqanın nəticələri də ləğv edilib. 

Həmçinin avrokuboklarda ölkəmizi yalnız qadınlardan ibarət “Azərreyl” klubunun təmsil edəcəyi rəsmiləşib. Famil Ağayevin rəhbərlik etdiyi və ləğv olunan mövsümün lideri olan komanda Çelenc kubokunda gücünü yoxlayacaq. 

Qeyd edək ki, klubların voleybolçularla müqavilələri ötən ay başa çatıb. Əcnəbi oyunçulardan isə Bakıda yalnız “Azərreyl”in seneqallı oyunçusu Mbayanq Sek qalıb. 

Ləğv olunun mövsümün turnir cədvəli
Yüksək liqa

NKomandaOQMSTX
1Murov98124-6715-52823
2Neftçi97224-8773-60822
3Xilasedici87122-4636-50221
4MOİK106421-15806-76518
5Azərreyl8359-15498-5569
6Ekspress9277-21519-6496
7Gürcüstan4041-12275-3440
8Sərhədçi9090-27403-6750

Super Liqa

NKomandaOQMSTX
1Azərreyl77021-2570-44621
2Abşeron76119-5575-40818
3Mübariz63310-10422-4529
4Murov6249-12453-4606
5Gürcüstan4133-11265-3262
6UNEC8082-24418-6311

 


Oxunma sayı: 10352

Oxşar yazılar