La Liqada daha 3 futbolçunun koronavirus testi müsbət olub

  • 15:47 - 10 May

İspaniya futbolunda koronavirus pandemiyasına növbəti yoluxma halları müşahidə olunub.

"Betis" klubunun 3 futbolçusunda bu xəstəliyin əlamətləri aşkarlanıb.

La Liqa təmsilçisinin oyunçularının testinin cavabı müsbət çıxıb. Onlar dərhal karantinə alınıb və müalicəsinə başlanılıb. "Betis" rəhbərliyi məlumatı təsdiqləsə də, futbolçuların adlarını açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl İspaniya futbolunda 5 yoluxma olduğu açıqlanmışdı.


Oxunma sayı: 4676

Oxşar yazılar