Tərtərdə qonşu qonşunu qətlə yetirib - YENİLƏNİB

  • 13:27 - 09 May

Tərtərdə baş verən qətllə bağlı cinayət işi başlanıb.

Avropa.info apa-ya istinadən xəbər verir ki, ötən gün səhər saatlarında Heydər Əliyev prospektində yaşayan, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlunun küçədə meyiti tapılıb.

Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, araşdırmalar zamanı X. Zeynalovun qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlanaraq öldürülməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

***

Tərtər sakini naməlum şəraitdə öldürülüb.

Şəhərin Heydər Əliyev prospektində yaşayan, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlu gecə saatlarında telefona zəng edilərək evdən çağırılıb.

Evdən çıxan X. Zeynalovun meyitini səhəri gün şəhərin Cavanşir küçəsində təmizlik işləri aparan şəxslər tapıb.

Faktla bağlı cinayət işi açılıb.

X. Zeynalovu öldürməkdə şübhəli bilinən həmyerlisi, Naib adlı şəxs saxlanılıb.


Oxunma sayı: 8515

Oxşar yazılar