A Seriyasını açmaq istəyən İtaliyada daha 3 futbolçuda Kovid-19 tapıldı

  • 13:09 - 08 May

İtaliyanın A Seriyası futbol liqasında oynayan "Sampdoriya" klubunun 3 futbolçusunda Kovid-19 koronovirusu aşkarlanıb.

Avropa.info xəbər verir ki, Kovid-19 testi keçirilən futbolçulardan üçünün nəticəsinin müsbət çıxdığı, daha əvvəl analizi mənfi çıxan bir futbolçunun yeni testinin müsbət olduğu açıqlanıb.

Simptomlar göstərməyən futbolçuların karantində saxlanıldığı qeyd olunur.

A Seriyasının yenidən başlamasına dair müzakirələrin getdiyi son günlərdə klublar futbolçularını Kovid-19 testindən keçirməyə başlayıb. 


Oxunma sayı: 8724

Oxşar yazılar