UEFA AVRO-2020-nin biletlərinin qaytarılması prosesinə başladı

  • 20:20 - 05 May

AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün bilet əldə edən azarkeşlər bu gündən etibarən pullarını geri ala bilərlər.

Bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, bunun üçün qurumun saytında müvafiq prosedurları tamamlamaq lazımdır.

Daha əvvəl alınan biletlərin 2021-ci ildəki turnir üçün etibarlı olacağı vurğulanıb.

Qeyd edək ki, Avropa çempionatı 2021-ci il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-nin təqviminə əsasən, A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Qrupun digər oyunları isə Romada İtaliya yığmasının iştirakı ilə nəzərdə tutulub.


Oxunma sayı: 11650

Oxşar yazılar