Həbib Nurməhəmmədovun atasının halı pisləşdi - Xüsusi təyyarə ilə Moskvaya çatdırıldı

  • 16:11 - 05 May

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanap Nurməhəmmədov Moskva xəstəxanalarından birinə yerləşdirilib.

Avropa.info xəbər verir ki, bu barədə ailənin dağıstanlı dostları məlumat verib. Həbibin atasını 3 mayda xüsusi təyyarə ilə təcili şəkildə aparıblar.

"Bir neçə gün əvvəl Əbdülmanapla danışmışdım. Onun sözlərinə görə, hər şey yaxşı idi, sağalmağa doğru gedirdi. 3 mayda isə yaxın qohumu mənə zəng edərək, birdən halının pisləşdiyini, xüsusi təyyarə ilə Moskvaya aparıldığını dedi" - ailə dostu bildirib.

Ata Nurməhəmmədovun ürəyi ilə bağlı problemlərinin ola biləcəyi qeyd olunur.


Oxunma sayı: 7470

Oxşar yazılar