• 15:51 - 05 May

"Barselona" futbol klubunun sabiq futbolçusu Xavi Hernandez komanda yoldaşı Messinin daha 5-7 il oynaya biləcəyinə inandığını deyib.

Avropa.info xəbər verir ki, Xavi bu açıqlamanı keçmiş komanda yoldaşı Samuel Eto ilə "İnstagram" vasitəsilə danışarkən verib.

Messinin Argentina milli komadasını 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Kubokuna aparacağından əmin olduğunu deyən Xavi Messinin 40 yaşına qədər oynamağa davam edəcəyini bildirib.

"Hələ 5 ilə 7 ili var. Özünə yaxşı baxır. 37, 38 vəya 39 yaşınadək oynamağa davam edə biləcək. Qətər Dünya Kubokundan oynayacağından əminəm" - Xavi deyib. 


Oxunma sayı: 11903

Oxşar yazılar