Koronavirusa görə karantin tətbiq etməyən İsveçdə vəziyyət ağırlaşdı - Baş virusoloq peşimandır..

  • 15:40 - 03 May

Koronavirusa görə heç bir karantin tədbiri tətbiq etməyən və virusa qarşı kütləvi immunitetin yaranmasına ümid edən Skandinaviya ölkəsi İsveçdə vəziyyət ağırlaşıb.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 2600 nəfəri keçib, on minlərlə adamın yoluxduğu bildirilir. Lap əvvəldən koronavirusa görə karantin tətbiq etməyin faydasız olduğunu iddia edən baş virusoloq Anders Teqnell isə peşimandır və mövqeyinin yanlış olduğunu etiraf edir.

Məhz Teqnell karantin rejiminin tətbiq edilməməsinin ideoloqlarından biri olub. Məhz onun tövsiyələri əsasında İsveçdə hələ də restoranlar, barlar işləyir, məktəblər açıqdır. “Mən indi buna tam əmin deyiləm ki, karantindən imtina düzgün strategiya idi”,-o bildirib.

 

Bu arada ölkə alimləri virusdan İsveçdə nə qədər adamın ölə biləcəyinə dair proqnozlar işləyib hazırlamağa çalışırlar. İsveç televiziyasında aparılan debatlarda nəzəri biologiya professoru Uno Bennerqren deyib ki, onun hesablamalarına görə ölkədə 10 mindən 20 minə qədər adam öləcək. Lakin ölkənin baş virusoloqu Anders Teqnell ötən həftə keçirdiyi mətbuat konfransında dünyada və İsveçdə koronavirusla bağlı vəziyyətin qorxunc olduğunu deyib. Onun sözlərinə görə, rəqəmlər o dərəcədə böyük və epidemiyanın miqyası o dərəcədə genişdir ki, bunu dərk eləmək belə çətindir.

“Elə indidən İsveçdə ölənlərin sayı 2600-ı keçib və bu, olduqca böyük rəqəmdir. Biz lap çoxdan görməmişdik ki, hansısa xəstəlikdən ölkədə belə qısa vaxtda bu qədər adam ölsün”,-o deyib.


Oxunma sayı: 49886

Oxşar yazılar