“Real Madrid” məşqləri bərpa etməyi qərarlaşdırıb

  • 13:20 - 03 May

İspaniyanın “Real Madrid” futbol klubu bazasında məşqlərin bərpa olunma tarixinə qərar verib.

Avropa.info xəbər verir ki, mayın 11-i klubun əməkdaşları və futbolçuları Valdebebasda toplaşacaqlar. Futbolçular fərdi məşqlərə başlayacaqlar.

Ehtiyat tədbiri kimi komanda üzvləri aralarında məsafə saxlayacaqlar.

Qeyd edək ki, La Liqada cari mövsüm koronavirus səbəbindən təxirə salınıb. Çempionatın bərpası ilə bağlı dəqiq tarix məlum deyil.


Oxunma sayı: 9417

Oxşar yazılar