Mesut Özil oruc tutanlara maddi yardım etdi

  • 12:10 - 03 May

İngiltərə "Arsenal"ının futbolçusu Mesut Özil Türkiyə Qırmızı Aypara Cəmiyyətinə 80 000 funt sterlinq yardım edib.

Avropa.info report-a istinadən xəbər verir ki, vəsait oruc tutmağa koronavirus pandemiyası şəraitində məcbur olan müsəlmanlara dəstək üçün xərclənəcək. Türk əsilli yarımmüdafiəçi Türkiyə ilə Suriyada 16 000 insanı müqəddəs Ramazan ayı ərzində ərzaq və dava-dərmanla təmin edəcək.

Qeyd edək ki, Mesut Özil "Arsenal"ın ən yüksək ödənişli futbolçularındandır. Daha əvvəl Britaniya mətbuatı Özilin pandemiya müddətində əmək haqqının azaldılmasına etiraz edən 3 futbolçudan biri olduğunu yazıb. Bununla belə, 32 yaşlı yarımmüdafiəçi daim xeyriyyəçiliklə məşğul olur. 


Oxunma sayı: 9923

Oxşar yazılar