PSJ 9-cu dəfə Fransa çempion olub

  • 23:40 - 30 Aprel

Fransa çempionatına rəsmən yekun vurulub.

Bu gün Liqa1 koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümün bərpa olunmadan başa çatdığını elan edib.

Liqa1 mövcud olan son turnir cədvəlini yekun kimi saymağı məqsədəuyğun bilib. Qurum turnir cədvəlinin lideri PSJ-ni çempion elan edib.

Liqa1-in bəyanatında da bu, öz əksini tapıb: “2019/20 mövsümündə keçirilmiş bütün oyunlarda toplanan xalların hesaba alınması barədə qərardan sonra “Pari Sen-Jermen” rəsmən Liqa1-in çempionu hesab edilib”.

Bu, PSJ-nin 9-cu çempionluğudur. 1986, 1994, 2013-2016-cı illərdə də qızıl medallara yiyələnən Paris klubu 2018-ci ildən başlayaraq ardıcıl 3-cü dəfə bu uğura nail olub. 

Qərara əsasən, “Marsel” gümüş, “Renn” bürünc medalla Çempionlar Liasına vəsiqə əldə edib. “Lill”, “Reyms” və “Nitsa” Avropa Liqasında oynayacaq. Amyen”lə “Tuluza” aşağı dəstəyə yollanıb.

Qeyd edək ki, bunadək Fransanın baş naziri Eduard Filipp 2019/20 mövsümünün koronaviruus pandemiyasına görə davam etdirilə bilməyəcəyini açıqlamışdı. Bu gün isə “Ekip” nəşri PSJ-nin çempion elan olunacağını öncədən proqnozlaşdırmışdı və bu ehtimal özünü doğruldub.

1PSJ27222375-2468
2Marsel28168441-2956
3Renn28155838-2450
4Lill28154935-2749
5Reyms281011726-2141
6Nitsa28118941-3841
7Lion281171042-2740
8Monpelye281171035-3440
9Monako281171044-4440
10Anje281161128-3339
11Strasburq271151132-3238
12Bordo28910940-3437
13Nant281141328-3137
14Brest288101034-3734
15Mets288101027-3534
16Dijon28791227-3730
17Sent-Etyen28861429-4530
18Nim28761529-4427
19Amyen284111331-5023
20Tuluza28342122-5813

ApaSport


Oxunma sayı: 13993

Oxşar yazılar