Rusiya klubları razılığa gəldilər: Mövsüm ləğv olunur

  • 19:45 - 30 Aprel

Rusiyanın Milli Futbol Liqasında (FNL) çıxış edən klublar 2019-2020 mövsümünün davam etdirilməməsi üçün razılığa gəliblər.

Bu barədə I liqanın prezidenti İqor Yefremov TASS-a açıqlamasında deyib.

O bildirib ki, qərar aşağı dəstə komandalarının təmsilçiləri ilə keçirilən bugünkü iclasda qəbul olunub: "Çempionatı iyunun 21-dən avqustun 2-dək reqlamentdə nəzərdə tutulmuş formatda tam başa çatdırmaq mümkün deyil. Bu qərar yekdilliklə qəbul olundu. Bununla bağlı Rusiya Futbol İttifaqı (RFS) məlumatlandırılacaq. Çünki turnirin başa çatması ilə bağlı son qərarı məhz bu təşkilat verəcək".

Qeyd edək ki, martın 17-də dayandırılan Milli Futbol Liqasında 27 tur oynanılıb, 11 tur isə qalıb.(report)


Oxunma sayı: 16578

Oxşar yazılar