Koronovirus orqanizmdə tam sağalmadan sonra da qala bilir

  • 14:16 - 30 Aprel

Koronovirus orqanizmdə təsdiq olunmuş sağalmadan da sonra qala bilər.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Çinin Çunsin şəhərinin Hərbi Universitetinin həkimləri çıxış edib. Mütəxəssislərin məlumatına görə, Kovid-19 əvvəlki kimi ciyərlərin dərinliyində qalır. Onları adi analiz metodları ilə aşkar etmək mümkün deyil.

Çinli alimlər koronovirusdan müalicə alan və analizi üç dəfə mənfi nəticə göstərən qadını kompüter tomoqrafiyasında keçirərək, evə buraxmaq istəyiblər. Lakin növbəti gün o, qəflətən ürəktutmadan ölüb.

Meyitin yarılmasından sonra ciyərinin dərin parçalarında koronovirus aşkarlayıblar. Böyrək, ürək, bağırsaq və onurğa iliyində virusa rastlanmayıb. Həkimlərin sözlərinə görə, gizli virus hissəcikləri heç bir simptom göstərməyib.

Tədqiqatçıların fikrinə görə, tam sağalmış xəstələrdə təkrar koronovirus yoluxmasının qeydə alınması bununla bağlı ola bilər.


Oxunma sayı: 65935

Oxşar yazılar