"Yuventus" "Barselona”nın oyunçusunu almaq istəyir

  • 18:50 - 26 Aprel

"Barselona”nın 28 yaşlı müdafiəçisi Serxi Roberto karyerasını Turin "Yuventus”unda davam etdirə bilər.

Avropa.info report-a istinadən xəbər verir ki, klublar digər futbolçuların da mübadiləsi haqqında danışıqlar aparır.

"Barselona" Artur Ramosu qarşı tərəfə transfer edərək, "Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniçi əldə etmək istəyir.

Roberto 2013-cü ildən "Barselona”nın əsas heyətində çıxış edir. Müdafiəçi cari mövsümdə İspaniya çempionatında 22 matç keçirib və 1 dəfə fərqlənib. Bununla yanaşı, Roberto 2 məhsuldar ötürmə edib, 7 dəfə sarı vərəqə alıb.


Oxunma sayı: 6744

Oxşar yazılar