Azərbaycan Türkiyədən mebel və oduncaq ixracını artırıb

  • 11:33 - 26 Aprel

2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana mebel və oduncaq ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26,21 faiz artaraq 29,911 milyon dollar təşkil edib. 

Bu barədə  Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib. 

Nazirlik qeyd edib ki, 2020-ci ilin mart ayında Türkiyədən Azərbaycana mebel və oduncaq ixracı 2019-cu ilin mart ayına nisbətən 15,41 faiz artaraq 10,157 milyon dollar təşkil edib. 

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında Türkiyədən dünya bazarlarına mebel və oduncaq ixracı 1,326 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz azalıb. 

ƏTRAFLI 
Redbull 
Türkiyədən avtomobil ixracı yanvar-mart aylarında ölkənin ümumi ixracının 3,1 faizini təşkil edib. 

Son 12 ayda (mart 2019 - mart 2020) Türkiyə 5,579 milyard dollar məbləğində avtomobil ixrac edib.(trend)


Oxunma sayı: 6084

Oxşar yazılar