Ümumdünya Səhiyyə Təşkilatı haqda sensasiyalı iddialar : ÜST rəhbəri ilə milyarder Bill Qeytsin Afrikadan başlayan qaranlıq əlaqələri

  • 16:32 - 23 Aprel

Bəşəriyyətin təhlükəsizliyinə, sosial rifaha ziyan vuran amillərdən biri də kütləvi yoluxucu xəstəliklərdir. Bu cür xəstəliklərin yayılması insanların fiziki mövcudiyyətinə, eləcə də, iqtisadiyyatlara ciddi ziyan vurur. Belə bir ortamda dövlətlərin adekvat tədbirlər görməsi olduqca təqdirəlayiqdir. Bu baxımdan Azərbaycanda görülmüş işlər, reaksiyanın düzgün bir şəkildə ortaya qoyulması hər birimizin təhklükəsizliyinin qorunması üçün çox düzgün addımdır. Milli dövlətlər öz vətəndaşlarını qorumaq üçün hərəkətə keçir. Bəzən, analtiklər ki, bir sıra beynəlxalq təşkilatların müəyyən maraqlar üçün bu cür hallardan istifadə edə biləcəyini qeyd edirlər. 

Avropa.info xəbər verir ki, bəzi hallarda qlobal qurumlar dövlətləri ya düzgün məlumatlandırmır, yaxud da ki, verdikləri məlumatlar ciddi təzad təşkil edir. Həmin təzadların mövcudluğu müxtəlif analitik qurumları məsələlərə bir də baxmağı vadar edir. Məsələ, ABŞ prezidenti Tramp bu haqda öz tviter hesabında aşağıdakıları yazmışdır: ““Yaxşı ki, ÜST-ün sərhədlərimizin əvvəlcədən Çinə açıq olması barədə tövsiyələrini rədd etdim. Niyə bizə belə yanlış tövsiyə verdilər?”. (bax: https://www.reuters.com/article/us-health-coronavirus-usa-who/trump-says-china-centric-who-really-blew-it-on-coronavirus-idUSKBN21P2E1)

ÜST-ün fəaliyyəti bu baxımından diqqət cəlb edir. ÜST-ün adı bir qurum olaraq dəfələrlə dünya mediasının gündəmi olmuşdur. Hətta məlum donuz qripindən sonra ÜST-ün bəzi fəaliyyətlərindən irəli gələrək onu korrupsiyada, farmoseptik nəhənglər ilə birgə hərəkət etməkdə günahlandırdılar. Bir sıra xəbər saytları belə bir xəbərlə çıxış etmişdi ki, Ümumdünya Səhiyyə Təşkilatı, Hollandiyalı həkim Albert Ostenhausun rəhbərlik etdiyi bir qrup məsləhətçinin təzyiqi altında donuz qripini pandemiya elan etdi. Hollandiya hökuməti onun fəaliyyətinə dair təcili araşdırma apardı, məlum oldu ki, "donuz qripi" peyvəndi istehsal edən bir neçə şirkətdə maaş alır (Экспертов ВОЗ, развернувших всемирную борьбу со свиным гриппом, подозревают в коррупцииhttps://news.tts.lt).

Indi isə diqqətlər ÜST-ün baş katibinə yönəlmişdir. Bu şəxs, Efiopiyanın səhiyyə naziri olduğu müddət ərzində Bil Qeyts və Melinda Qeytsin tərəfdaşı olmuşdur. Onun nazir olduğu dövrdə ölkəyə maliyyə investisiya resursları cəlb etmişdir. Bu dövrdə xolera epidemiyası ilə bağlı olaraq tədqiqatlar aparmışdır. Bu adamın Bil Qeyts və Melinda Qeytsin tərəfdaşı olması diqqətdən yayınmır. Afrikanın da Bil Qeytsin tədqiqatlar məkanı olması da məlum bir məsələdir. Bəzi saytlarda aşağıda gedən məlumat diqqəti cəlb edir: “Yeni Covid-19 koronavirusu Çində və digər ölkələrdə yayılmağa başlayandan, Bill Geyts ətrafında bir sıra söz-söhbətlər və komplo nəzəriyyələri haqqında şaiyələr gəzir.” (Bill Gates Is Now A Target Of COVID-19 Coronavirus Conspiracy Theories. https://www.forbes.com/sites/brucelee/2020/04/19/bill-gates-is-now-a-target-of-covid-19-coronavirus-conspiracy-theories/#40b496386227)   

İndi Tedros Adan Gebreisus ÜST-ün rəhbəridir. Hər halda bu cür ehtimalların doğru çıxması heç kimin marağında deyildir. Çünki önəmli olan insanların təhlükəsizliyi, fiziki sağlamlığı və inkişafdır. Bizim isə üstünlüyümüz odur ki, hər ehtimal dəyərləndirilərək düzgün reaksiya verilmiş, bu isə vətəndaşların sağlamlığın qorunmasına öz töhfəsini vermişdir .  

Azər Hüseynov Avropa.info yazarı


Oxunma sayı: 57377

Oxşar yazılar